Tarix: 04.10.2024 / 08:43
Qanunvericiliyə azərbaycanlılarla bağlı dəyişikliyin edilməsi arzuolunandır    - MÜNASİBƏT

Qanunvericiliyə azərbaycanlılarla bağlı dəyişikliyin edilməsi arzuolunandır - MÜNASİBƏT

“Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun olmadığına görə, kimsə başqa ölkənin vətəndaşlığını qəbul edibsə, artıq onun Azərbaycana giriş-çıxış prosedurunun sadələşdirilməsi imkanları faktiki olaraq məhdudlaşır”.

Bu sözləri Diaspora.TV-yə politoloq Rəşad Aydın deyib. O bildirib ki, burada söhbət başqa ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılardan gedir:

“Bunlar azərbaycanlılardır, bu və ya digər səbəbdən xarici ölkələrdə yaşamaq məcburiyyətində olsalar, ayrı-ayrı ölkələrin vətəndaşlığını qəbul etmək məcburiyətində qalsalar belə həmin şəxslərin ölkədə qalma müddətləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi yaxşı olardı. Çünki çoxlu sayda şəxslər tanıyırıq ki, başqa ölkənin vətəndaşlığını qəbul edib, orada yaşasa da ailə üzvləri, yaxınları Azərbaycanda yaşayır. Gəlib onlarla görüşəndə və yaxud da bu və ya digər səbəbdən Azərbaycanda olanda bu şəxslərə ümumi olaraq digər ölkə nümayəndələri kimi konkret müddətin qoyulması azruolunan deyil”.

Rəşad Aydın hesab edir ki, 3 ay müddətinə giriş-çıxış icazəsinin verilməsi artırıla bilər:

“Mən də bunun tərəfdarıyam. Amma söhbət ancaq giriş-çıxış prosedurlarının sadələşdirilməsindən gedirsə, biz başqa ölkənin vətəndaşına giriş-çıxışla bağlı sadələşdirmə tətbiq edə bilmərik. Çünki bu hüquqi prosedur tələb edir. Həmin ölkənin özü ilə bağlı ayrıca danışıqlar, qanunvericiliyin uyğunlaşdırılmasını tələb edir. Amma qalma müddəti konkret kateqoriyalı insanlar üçün artırılması mümkündür”.

Politloq bununla bağlı qanunvericiliyə dəyişiklərin edilməsi arzuolunan olduğunu vurğulayıb.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...