Tarix: 17.10.2024 / 11:18
Qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən azərbaycanlılar    saxlanıldı

Qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən azərbaycanlılar saxlanıldı

Açinskdə bir qrup şəxsin əlbir olaraq qanunsuz miqrasiya təşkil etməsi ilə bağlı cinayət işi açılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Müəyyən edilib ki, həmin şəxslər Açinsk şəhərində yaşayan üç azərbaycanlının Rusiyada qanunsuz qalmasına şərait yaradıblar.

Onlardan biri həmkəndlilərini tikintisi başa çatmamış fərdi evdə məskunlaşdırıb. Digəri isə kommersiya təşkilatının sahibi olaraq azərbaycanlıları fəhlə kimi işə götürüb. Tərəfdaşlar qeyri-qanuni mühacirlərə iş fəaliyyətlərini gizlətmək üçün hər cür kömək göstəriblər.

İstintaq Komitəsi faktla bağlı “Qanunsuz miqrasiyanın təşkili” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) ilə cinayət işi açıb.

Şübhəlilər saxlanılıb.


Şərhlər

Yaz...