Tarix: 31.07.2024 / 12:41
Azərbaycanlıların DİQQƏTİNƏ:  Ömürlük həbs oluna bilərsiz

Azərbaycanlıların DİQQƏTİNƏ: Ömürlük həbs oluna bilərsiz

Rusiya parlamentinin Aşağı Palatasının spikeri Vyaçeslav Volodin bildirib ki, Dövlət Duması qanunsuz miqrasiya sahəsində bir neçə qanun layihəsi üzərində işləyir.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, onların arasında qeyri-qanuni miqrasiyanın təşkilinin ömürlük həbsin mümkün olduğu, xüsusilə ağır cinayət kimi təsnifləşdirilməsi təklifləri də var.

“Deputatlar tərəfindən hazırlanmış bir neçə qanun layihəsi üzərində iş gedir. Qanunsuz miqrasiyanın təşkilinin ömürlük həbsə qədər cinayət məsuliyyəti nəzərdə tutula bilən, xüsusilə ağır cinayətlər sırasına daxil edilməsi təklif edilib. Onlar qeyri-qanuni miqrasiyanın təşkilinə görə əmlakın müsadirəsini nəzərdə tutmağı, Rusiya Federasiyası Cinayət Məcəlləsinə ölkə ərazisində qeyri-qanuni yaşayan əcnəbi vətəndaşın cinayət törətməsi kimi ağırlaşdırıcı halla əlavə etməyi təklif ediblər”, - deyə Volodin bildirib.



Şərhlər

Yaz...