Tarix: 04.11.2024 / 23:43
Qanunsuz miqrasiya təşkil edən azərbaycanlı   Almaniyada həbs olundu

Qanunsuz miqrasiya təşkil edən azərbaycanlı Almaniyada həbs olundu

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədov Almaniyada həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında Almaniyadan ölkəmizə gətirilib.

O, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, saxlanılan şəxs AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri ilə ittiham olunur.

Şərhlər

Yaz...