Tarix: 04.10.2024 / 11:20
Qanunsuz miqrantlar gözdən yayınıb hava limanından    qaçdı

Qanunsuz miqrantlar gözdən yayınıb hava limanından qaçdı

Sığınacaq istədikləri üçün Madriddəki Adolfo Suarez Barajas hava limanında gözləyən mərakeşli qeyri-qanuni immiqrantlardan 4-nün gözləmə otağından qaçdığı açıqlanıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi, Polis və Jandarm birliklərinin mətbuata verdiyi məlumatda, İspaniyanın paytaxtı Madrid hava limanında gözləmə otaqlarından birində saxlanılan 4 mərakeşli qeyri-qanuni mühacirin tavandakı boşluqdan qaçaraq izlərini itiriblər. Polisin hava limanı və onun ətrafında axtarışlarını davam etdirdiyi, lakin mərakeşli mühacirlərin izinə rast gəlinmədiyi qeyd edilib.

Hava limanındakı təhlükəsizlik işçiləri, gözləmə otaqlarındakı mövcud şəraitin qeyri-kafi və təhlükəli olduğundan şikayətlənərək, İspaniya mətbuatına "Bu şərtlərdə işləmək mümkün deyil. Hava limanında belə bir təhlükəsizlik çatışmazlığı ola bilməz. Onlar uçuş-enmə zolağına çıxa və ya təhlükəsizliyi təhdid edə biləcək ərazilərə daxil ola bilərlər”, deyə, açıqlama veriblər.

Madrid hava limanında 4 gözləmə otağında hazırda qadın və uşaqların da olduğu cəmi 229 qeyri-qanuni immiqrantın olduğu, bir hissəsinin sığınacaq hüququndan məhrum edildiyi, həmin adamlardan bəzilərinin isə onları deporta edəcək təyyarəyə minməkdən imtina etdiyi bildirilir.

Bu qeyri-qanuni immiqrantlar arasında Qərbi Sahara əsilli və Mərakeş pasportu daşıyan 35 nəfər ölkələrində siyasi təqibə məruz qaldıqlarını iddia edirlər.

Şərhlər

Yaz...