Tarix: 22.05.2024 / 15:06
Qafqazın Lideri statusu zəruri tələbatdır  və yalnız İlham Əliyev üçündür

Qafqazın Lideri statusu zəruri tələbatdır və yalnız İlham Əliyev üçündür

Belarus prezidenti A.Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyevi Qafqazın lideri adlandırması MDB məkanında yeni mərhələnin başlanğıcıdır. A.Lukaşenko MDB məkanında baş vermiş proseslərin təməlində dayanan azsaylı siyasətçilərdəndir. Şəxsi planda o proseslər A.Lukaşenkonu Belarusda prezident kürsüsünə qaldırdı. A.Lukaşenko axırıncı prezident seçkisindən sonra 5 ildə Rusiya-Belarus ittifaqı, AİB, KTMT və MDB məkanında inteqrasiya ideyalarını reallaşdırmağa çox vaxt sərf edir.

A.Lukaşenkonun Azərbaycana səfəri proseslərin yenilənməsinin başladığını göstərdi. A.Lukaşenko dövlət səfərinə gələrkən Azərbaycanı AİB-ə, KTMT-yə üzvlüyünə təşviq edəcəyini bildirmişdi. Prezident İlham Əliyevlə görüşdə “Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız” bəyanatını verdi. “Prezident İlham Əliyevin timsalında Qafqazın lideri” məzmunu bir neçə dəfə səsləndi. Bu A.Lukaşenkonun dilindən təsadüfi səslənmiş ifadə deyil. V.Putinin yanında dəfələrlə səslənəcək, bəlkə də Bakıya gələnə qədər razılaşdırılmış ideya da ola bilər.

A.Lukaşenkonun (V.Putinin) fəlsəfi ümumiləşdirmələrinə görə, Qafqazda gedən proseslər lider tələb edir. Biz Prezident İlham Əliyevi bu vaxta qədər Cənubi Qafqazın lideri kimi təqdim etmişik. İndi söhbət Qafqazdan gedir. Qafqazda normal inkişafın tərəfdarı olanlar ilk öncə Cənubi Qafqazın inteqrasiyasını və sonra da Qafqazın cənubi və şimalı arasında intensiv əlaqələrin güclənməsini dəstəkləməlidir. Qafqazı parçalamaq istəyənlər müxtəlif vasitələrlə həm də Cənubi Qafqaz ölkələri arasında dezinteqrasiya prosesinə rəvac verəcəklər. Qafqazın şimali ilə cənubu arasında müxtəlif etnik, dini, separatizm və yaxud coğrafi mübahisələri dəstəkləyəcəklər. Prezident İ.Əliyev Qafqaz lideri olaraq bu prosesləri də tərəqqi və inkişaf istiqamətində aparacaqdır. Bu prosesin detallaşması da çox maraqlıdır. A.Lukaşenko Minsk sözünə çox həssasdır və mütəxəssislərə bəllidir ki, MDB, Avropa məkanında bir sıra proseslər Minskin adı ilə bağlıdır. Hətta Minskin bəzi proseslərə ev sahibliyi etmək üçün A.Lukaşenko Vatikanla intensiv əlaqədə oldu və bundan ötrü Vatikandan təşəkkür də aldı.

- ATƏT-in Minsk qrupunun bünövrəsi Minsk şəhərində qoyulmuşdu. Ukrayna ilə əlaqəli “Minsk-1”, “Minsk-2” terminləri unudulmayıb. MDB ilə Avropa arasında çox dar sahədə əməkdaşlıq proseslərindən biri Minskin adı ilə bağlıdır. Prezident İlham Əliyevlə Ukraynada bərpa prosesini müzakirə edən A.Lukaşenko hətta bu iş üçün Minski məkan kimi də təklif edə bilər.

- Minskdə Azərbaycan və Belarus mütəxəssisləri Ukraynanın bərpası prosesini müzakirə edə bilərlər. Bunun üçün əvvəlcə Belarusla Azərbaycan birlikdə Ukrayna ilə Rusiya arasında baş verən proseslərdə vasitəçilik missiyasını ortalığa qoya bilərlər.

- Ukraynanın bərpa prosesində MDB ölkələri daha öndə iştirak edə bilər. Bu öncüllərin sırasında Qafqaz xalqları daha öndə iştirak edə bilərlər. Belə ağır münaqişənin sonunu görmək, bərpa prosesində iştirak etmək Qafqazda ümumilikdə birlik və həmrəylik atmosferini yarada bilər.

A.Lukaşenkonun fikrinə bağlı qapılar arxasında dəstəyin olacağı şəksizdir. Bunun publikləşmə metodologiyasını işləyib, hazırlamaq lazımdır. A.Lukaşenkonun ortalığa qoyduğu “Qafqaz lideri” fonunda bu işlər bəlkə də asanlıqla həllini tapacaqdır.

Qafqazın Lideri statusu yalnız İlham Əliyev üçündür. Heç bir alternativi yoxdur. Yeni liderin formalaşdırılması nonsensdir. Buradan bizim ölkənin daxilində bəzi qüvvələrə də müəyyən mesajlar çatmalıdır.

Mübariz Əhmədoğlu
Politoloq

Şərhlər

Yaz...