Tarix: 19.11.2024 / 18:10
“Qafqazda sülhün müəmmalı perspektivləri”      - İran mediası

“Qafqazda sülhün müəmmalı perspektivləri” - İran mediası

İrəvan bu yaxınlarda Bakının sülh paketinə cavab verib və dəhlizin yaradılması ilə bağlı Azərbaycana yazılı təklifini təqdim edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Donya-e-eqtesad saytı məlumat yayıb.

Sayt iddia edib ki, guya Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat yayaraq, İrəvan və Bakı arasında strateji sazişin bağlanmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, qərəzli olaraq qeyd olunub ki, Paşinayanın yeni yanaşması, Azərbaycanla tarixi gərginliyin mürəkkəb keçmişi nəzərə alınarsa, sülhə yol açmağa qadirdir.

İran mediası digər tərəfdən Paşinyanın siyasi addımlarını şübhə altına alaraq vurğulayıb:

“Bakının İrəvanla Paşinyanın istədiyi kimi anlaşması çətin məsələdir. Belə bir addım strateji təklif kimi qəbul edilsə belə, bizim üçün vacib olan Azərbaycan və Ermənistan arasında real müqavilədir. Paşinyan baş verən proseslərlə bağlı iddialar irəli sürür, ancaq sülh müqaviləsinin imzalanması ən azı müəyyən qısamüddətli perspektivə zəmanət verir. Əgər Ermənistanın baş naziri həqiqətən diplomatik və sülh yanaşmalarına köklü şəkildə yenidən baxmağa çalışırsa və dinc yanaşı yaşamaq üçün qarşılıqlı məqbul əsaslar yaradırsa, o zaman razılaşmaya ümid etmək olar. Təəssüf ki, Paşinyan daha çox öz ambisiyalarını reallaşdırmaqda maraqlıdır və şəxsi məqsədlərini ictimailəşdirməyə çalışır və buna görə də onun siyasi xətti aydın deyil”.


Şərhlər

Yaz...