Tarix: 24.05.2024 / 15:45
Qafqazda sülhə gedən yol Azərbaycandan keçir  - Bilal Dündar

Qafqazda sülhə gedən yol Azərbaycandan keçir - Bilal Dündar

“Qardaş Azərbaycanda 106 il əvvəl - 1918-ci il mayın 28-də Respublika elan olunub. Dünyanın bir çox yerlərində Respublika sözü tələffüz olunmurdu, hətta tanınmırdı, ancaq Azərbaycan xalqı Cümhuriyyəti qarşıladı. Çox təəssüf ki, Azərbaycan xalqı bu uğurdan uzun müddət həzz ala bilmədi. Cümhuriyyətin gətirdiyi azadlıq və yeniliklər bir çox ölkələri və hakim gücləri qorxudurdu”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkiyədə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar deyib.

Onun sözlərinə görə, ilk respublikanı elan edən Məhəmməd Əmin Rəsulzadə xalqını, millətini sevən şəxsiyyəti idi, Azərbaycan xalqının duyğularını öz aforizmləri ilə göstərib:

“Məhəmməd Əmin Rəsulzadə deyib ki, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Cümhuriyyət atəşi sönməyən Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi. Qafqaz öz coğrafi xüsusiyyətini həmişə qoruyub saxlayır. Burada dimdik ayaqda durmaq da çətindir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan güclü və sürətli addımlarla irəliləyir”.

B.Dündar əlavə edib ki, dünənki Bakını görən və bilənlər sözün əsl mənasında yenidən qurulmuş Bakı ilə üz-üzədirlər:

“Yollar, metrolar, körpülər, xəstəxanalar, mədəniyyət və məişət evləri bir-birinin ardınca tikilib istifadəyə verilir. Ötən əsrin 20-ci illərində Azərbaycan Qafqazın parlayan ulduzuna çevrilmək yolunda sürətlə irəliləyirdi. Qafqazda sülhə gedən yol Azərbaycandan keçir. Strateji əhəmiyyəti və özəllikləri olan Azərbaycan həmişə Rusiya və Ermənistanın iştahını oyadır. Rusiyanın dəstəyi ilə Ermənistan bir zamanlar Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi. 2020-ci ildə qüdrətli Azərbaycan Ordusu tərəfindən o torpaqlar geri qaytarıldı. İşğaldan xilas edilmiş dədə-baba yurdu bu gün tikinti meydanına çevrilib, sahiblərinə qovuşub. Türkiyə bu savaşda Azərbaycanı sona qədər dəstəklədiyini dünyaya açıq şəkildə bəyan etdi. Qardaş və dost Azərbaycanın Respublika Gününü səmimi arzu və hisslərimizlə qeyd edir və təbrik edirik”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...