Tarix: 03.10.2024 / 17:11
"Qafqazda Ermənistan-Azərbaycan qarşıdurmasında aktorlar arasında ziddiyyətlər"–    İranlı ekspert

"Qafqazda Ermənistan-Azərbaycan qarşıdurmasında aktorlar arasında ziddiyyətlər"– İranlı ekspert

Beynəlxalq məsələlər üzrə iranlı ekspert Baqir Əbdurrzayi İranın ali rəhbəri Əli Xameneyinin ofisinə bağlı “Keyhan” qəzetində yazıb ki, bölgədə mövcud böhrana təsir edən bir çox səbəblər var. NATO üzvü olan Türkiyənin Azərbaycanla yaxınlığı və Ermənistanla tarixi problemi, digər tərəfdən Rusiyanın Ermənistanla sıx əlaqələri, Türkiyənin regional və qeyri-regional maraqları böhranın nəticəsidir.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Ekspert əlavə edib ki, buna görə də, Rusiya və Türkiyənin Cənubi Qafqazda strateji maraqları var. Rusiya bölgədə öz təsirini qorumağa, NATO-nu regiondan kənarlaşdırmağa, Türkiyə isə Azərbaycanla münasibətlərini möhkəmləndirmək və regional gücünü artırmağa çalışır.

Qeyd edilib ki, belə bir şəraitdə İranın xarici siyasətinə Azərbaycan və Ermənistan arasında böhranla bağlı bir neçə amil, xüsusilə də Qarabağ münaqişəsi təsir göstərib.

"İran davamlı olaraq bölgədə sabitliyin zəruriliyini vurğulayır və Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çağırış edir. İran hər iki ölkə ilə də uğurlu münasibətləri saxlamağa çalışır. Azərbaycanın suverenliyini dəstəkləyir, ancaq münaqişədə tərəf tutmaqdan yayınır. İran Türkiyə və Rusiya kimi regional aktorların, eləcə də regiondan kənar güclərin münaqişəyə cəlb olunmasıdan narahatdır... İran Zəngəzur dəhlizinin Ermənistanla sərhədinə, habelə Rusiyaya tranzit yollarına təsirindən narahatlığını bildirib. Bununla yanaşı, İran bölgədə təsirinin azalması, Azərbaycanla Türkiyə arasında birbaşa əlaqənin yaranması səbəbindən Zəngəzur dəhlizinə qarşıdır", - deyə müəllif qeyd edib.


Şərhlər

Yaz...