Tarix: 26.06.2024 / 13:14
Qafqaz Tarixi Mərkəzi İstanbulda Silahlı Qüvvələr Günü ilə bağlı   konfrans keçirib

Qafqaz Tarixi Mərkəzi İstanbulda Silahlı Qüvvələr Günü ilə bağlı konfrans keçirib

Müstafi Tümamiral Doç. Dr. Cihat Yaycı paşanın rəhbərlik etdiyi Türk DEGS Mərkəzi ilə Qafqaz Tarixi Mərkəzi - Türkiyə Təmsilçiliyinin birgə layihəsi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı illiyi münasibətilə "Qarabağ Zəfərinə Gedən Yol" adlı 26 iyun – Silahlı Qüvvələr Günü konfransı keçirilib.

Bu barədə açıqlamanı Diaspora.TV-yə I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, hərbi ekspert Akif Qasımov verib.

Konfrans torpaqlarımızın azadlığı uğrunda canından keçən Türkiyə və Azərbaycan Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Topkapı Universiteti DEGS Araşdırma Direktoru Şafak Yıldırım Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolunu vurğulayıb və bayram münasibətilə Azərbaycan Ordusunun hərbçilərini təbrik edib.

Konfransda strateji və yönetim uzmanı E.Yarbay Halil Mert Türk dünyasının birliyi, onun qədim tarixi, Türk xalqları arasında dostluq münasibətləri və Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin birgə fəaliyyətləri barədə geniş məlumat verib”.

Qafqaz Tarixi Mərkəzi Türkiyə Təmsilçisi, Türk DEGS Qafqaz üzrə eksperti, Qarabağ Müharibəsi veteranı, ehtiyyatda olan polkovnik Akif Qasımov "Qarabağ Zəfərinə Gedən Yol " adlı slayd təqdimatında “Azərbaycan Ordusunun yaranması tarixi. Azərbaycan Türkiyə hərbi münasibətlərin təməli. Heydər Əliyev Azərbaycan Ordusunun memarı. İlham Əliyev və Müasir Ordu quruculuğu. Azərbaycan NATO əlaqələri. Qarabağ zəfəri "DƏMİR YUMRUQ ƏMƏLİYYATI " mövzusunda məruzə edib.

Akif Qasımov çıxışında Ümümmilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğunun diqqət mərkəzində olduğunu və ordunun təkmilləşdirilməsi, müasir ordu sisteminə keçid dövrü isə Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini vurğulayıb.



Türk Dünyası Dərnəkləri Federasiyasının başqanı Halit Kanakiş adamı Emin Əhmədov Azərbaycan Ordusunun Qarabağdakı qəhrəmanlıq dastanı, milli müdafiə sənayesinin vacibliyi və iki qardaş ölkə arasında əlaqələrin inkişafına dair çıxış ediblər.

Araşdırmaçı yazar Hakan Sancar, əmisi Nobel Mükafatçısı professor doktor Aziz Sancarın Azərbaycan barədəki xatirələrini və Azərbaycana olan sevgisini konfrans iştirakçıları ilə bölüşüb.

Azərbaycanlı müəllimə Elnarə Fətullayeva dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan Türkiyə" şeirini söyləyib və Qarabağ münaqişəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını qeyd edib.

Konfransda Giresun Dərnəkləri başqanı Hüseyin Cebeci, Topkapı Üniversitesi Türk DEGS kademeli uzmanı Beyzanur Buruk, öz bilim uzmanı Turan Koray Yurtsevener, Ilk Zirve TV müxbiri Alper Gülebaş, iş adamı Ömer Danişment, psixoloq Şəfa Nağısoy, tələbələr və digər qonaqlar iştirak ediblər.

Konfransda Azərbaycan Ordusu ilə əlaqədar tanıtım çarxları nümayiş etdirilib və konfransın sonunda iştirakçılarla xatirə şəkili çəkilib.






Şərhlər

Yaz...