Tarix: 21.11.2024 / 16:30
 Azərbaycanlı   zorlamada ittiham olunur

Azərbaycanlı zorlamada ittiham olunur

Sankt-Peterburqda 34 yaşlı qadını zorlamağa cəhd edən azərbaycanlı 7 il müddətinə azadlıqdan məhrub edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Hadisə iyunun 13-də gecə saatlarında baş verib. Sərxoş azərbaycanlı qadını aldadaraq Paraşüt küçəsindəki mənzilinə aparıb. Daha sonra o, fiziki güc tətbiq edərək zərərçəkmişə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib”, - deyə məlumatda bildirilib.

Maraqlıdır ki, müttəhim bundan əvvəl də şəxsin cinsi azadlığına qarşı cinayətlərə görə iki dəfə məsuliyyətə cəlb edilib. Azərbaycanlı təcavüz cəhdində və cinsi xarakterli zorakı hərəkətlərdə günahını etiraf etməyib.

Şərhlər

Yaz...