Tarix: 31.08.2024 / 11:35
Qadağaların hədəfində azərbaycanlılar da    var

Qadağaların hədəfində azərbaycanlılar da var

Rusiyanın Leninqrad vilayətinin prokuroru Sergey Jukovski vilayət qubernatoru Aleksandr Drozdenkoya əcnəbilərin taksidə işləməsini qadağan etmək təşəbbüsü ilə müraciət edib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Departamentin aydınlaşdırdığı kimi, təklif "qanuların icra vəziyyətinin təhlilinin nəticələrinə əsasən" göndərilib.

Xatırladaq ki, "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" 115 saylı Federal Qanuna əsasən, regional rəhbərlər miqrant işçilərin müəyyən sənaye sahələrinə cəlb edilməsinə məhdudiyyətlər qoymaq hüququna malikdirlər. Amma bu, yalnız əmək patenti əsasında işləyənlərə aiddir. Belə sənədlər Rusiyanın vizasız rejimi olan ölkələrin vətəndaşları üçün, o cümlədən azərbaycanlılar üçün tələb olunur.

Leninqrad vilayətinin Taksi İnkişafı üzrə İctimai Şurasına görə, miqrantların nəqliyyat sənayesində işləməsinə qadağa qoyulan 39-cu bölgə olub. Düzdür, əcnəbilərin başqa məşğuliyyət tapmağa vaxtı var. Baxın, qadağanın qısamüddətli xarakterinə görə yeni iş yeri axtarmağa ehtiyac qalmayacaq.


Şərhlər

Yaz...