Tarix: 26.10.2024 / 16:00
Qabal kəndində səsvermə prosesi    səs-küylü keçir

Qabal kəndində səsvermə prosesi səs-küylü keçir

Laqodexi bələdiyyəsinin Qabal kəndindəki 15 saylı seçki məntəqəsində səs-küy və mübahisə yaşanıb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, səs-küy məntəqə komissiyasının sədri Murad Sərdarovun seçki məntəqəsinə gələn seçicilərdən birinin şəxsiyyət vəsiqəsini əlindən almasından sonra başlayıb. Müşahidə aparan təşkilatlar bu faktı pozuntu kimi qiymətləndiriblər.

Hadisə ilə bağlı “Azad səs” monitorinq missiyasının nümayəndəsi Ana Kopadze şikayət yazıb.

“Gürcü arzusu” komissiyasının üzvü açıqlayıb ki, seçicilərdən birinin özü kömək istəyib.

“Mən ittihamlarla razı deyiləm, çünki vətəndaş mənə şəxsiyyət vəsiqəsini verərək dedi ki, bilmirəm hansı məntəqəyə səs verim. Mən sadəcə kömək edirdim. MSK-nın saytına daxil oldum və gördüm ki, bu məntəqədə qeydiyyatda deyil, bu qədər”, – deyə Murad Sərdarov bildirib.

Şərhlər

Yaz...