Tarix: 29.10.2024 / 18:16
Diaspor sədri Pyatiqorskda     Dəyirmi masada çıxış edib

Diaspor sədri Pyatiqorskda Dəyirmi masada çıxış edib

Bu gün Jeleznovodsk şəhər dairəsinin Inozemtsevo qəsəbəsində "Ekstremizmə və neonasizmə qarşı ənənəvi dinlər" mövzusunda Dəyirmi masa keçirilib.

Diaspora.TV xəbər verir ki, Dəyirmi masa İslam Mədəniyyətinə, Elminə və Təhsilinə Dəstək Fondu, Stavropol diyarı Müsəlmanlarının Koordinasiya Mərkəzinin (KMMM) İcraiyyə Komitəsi və Stavropol diyarı Müsəlmanları Ruhani İdarəsinin (DUM SK) dəstəyi ilə təşkil olunub.

Dəyirmi masanı giriş sözü ilə Stavropol diyarının müftisi Məhəmməd Hacı Rəhimov açıb:

“Ekstremizm və neonasizm Rusiya Federasiyasının milli təhlükəsizliyinə ciddi təhdid yaradır ki, bu da hakimiyyət orqanları, xüsusən Şimali Qafqaz Federal Dairəsi, təhsil müəssisələri, ictimai və dini qurumlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi zərurətini nəzərdə tutur”.

Tədbirdə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev də çıxış edib. F.Yarıyev çıxışında Azərbaycanın multikultural və tolerant ölkə olduğunu, bütün dinlərə eyni münasibət göstərildiyini qeyd edib.

“Dəyirmi masa”nın yekunu olaraq qətnamə qəbul edilib.

Qətnamədə bildirilib ki, iştirakçılar ideologiyaya, ekstremizm və neonasizmin təzahürlərinə qarşı mübarizə sahəsində arzu olunan nəticələrin əldə edilməsinə yönəlmiş təşəbbüs və təkliflərin praktiki şəkildə həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.


Şərhlər

Yaz...