Tarix: 08.10.2024 / 17:45
Moskva gündəmi:      Putin Zəngəzur dəhlizi barədə nə deyib?

Moskva gündəmi: Putin Zəngəzur dəhlizi barədə nə deyib?

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda keçirdiyi görüşlərdə Zəngəzur dəhlizi müzakirə olunub.

Diaspora.TV xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov oktyabrın 8-də Putinin Paşinyan və Əliyevlə ikitərəfli görüşlərində Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdən danışıb. Onun sözlərinə görə, hər görüş yarım saata yaxın davam edib.

“Yəqin ki, fikir mübadiləsi olub və Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, - deyə prezidentin mətbuat katibi bildirib.



Şərhlər

Yaz...