Tarix: 05 Sentyabr 2024 14:22 | Baxış sayı: 242
Niyə Bakıda görüşməliyik?    - Putin təkzib etdi

Niyə Bakıda görüşməliyik? - Putin təkzib etdi

Putin Durovla uzun illər əvvəl Moskvada görüşdüyünü bildirib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Telegram-ın yaradıcısı Pavel Durovla uzun illər əvvəl Moskvada görüşdüyünü bildirib. Onların görüşü Kremldə baş tutub, görüş zamanı biznesin inkişafı planları müzakirə olunub.

“Mən Durovla illər əvvəl tanış olmuşam, Kremldə idi. O vaxtdan bəri bir-birimizi görməmişik və əlaqə saxlamamışıq. Niyə Bakıda görüşməliyik? Onun orada olduğunu heç bilmirdim. Hamı bilir ki, mən heç vaxt bizneslə görüşlərdən imtina etmirəm, xüsusən də biznesin dövlət tərəfindən təminata ehtiyacı varsa”, - deyə Rusiya lideri bildirib.

Qeyd edək, avqustun 24-də Pavel Durov Parisdə həbs olunub, avqustun 29-da isə sərbəst buraxılıb.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır