Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi hələ də bəlli deyil.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, aydın deyil”, - deyə Peskov bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı (COP29) 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.