Tarix: 31.05.2024 / 12:30
Pul yatıran adam əmin olmalıdır ki...   - İqtisadçı

Pul yatıran adam əmin olmalıdır ki... - İqtisadçı

“Xarici ölkələrdə yaşayan Qarabağ əsilli azərbaycanlıların işğaldan azad olunan bölgələrə qayıtması üçün isti mühit yaradılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Ekspertin fikrincə, belə mühit insanlarda güvən yaradır:

“Onların əksəriyyəti imkanlı adamlardı. Hətta bəziləri yaşadıqları ölkələrdə vətəndaşlıq alıblar. Onların Qarabağa yatırım qoyması üçün şərait yaradılmalıdır”.

V.Məhərrəmov bildirib ki, bu gün ölkənin daxilində belə həddən artıq imkanlı adamlar var və onlar sözügedən əraziyə investisiya qoymaq istəyir:

“Adam hansısa sahəyə pul qoyur. Pul yatıran adam əmin olmalıdır ki, onun bu torpaqda bisnesinə kimsə toxunmayacaq. Vergi ödəyəcək, istehsalla məşğul olacaq və get-gedə biznesini genişləndirəcək. Daha çox gəlir əldə edəcək, işci götürəcək, bir sözlə onu incitməyəcəklər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...