Tarix: 01.05.2024 / 11:46

Pul almayan təşkilatlar işləmir – Ekspert


“Diasporla Gündəm”in qonağı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə olub.

F.Hüseynzadə ilə diaspor təşkilatlarımızın media əlaqələri, internet resursları, sosial şəbəkə hesablarının fəaliyyəti məsələləri müzakirə olunub.

Qonaq qeyd edib ki, hazırda bir çox diaspor təşkilatlarının internet saytları yox səviyyəsindədir:

“Bəziləri hətta saytlarının admin panelinin şifrəsini belə unudublar”.

Bir sıra ölkələrdə açılan “Azərbaycan evləri”nin fəaliyyətinə toxunan diaspor məsələləri üzrə ekspert qeyd edib ki, bu məkanların vahid internet resursuna ehtiyac var.

F.Hüseynzadə dövlətin etdiyi maliyyə yardımlarının diasporun fəaliyyətinə mənfi təsir göstərdiyini də vurğulayıb:

“Əlbəttə ki, dövlət hər kəsə yardım edə bilməz. Belə olan halda da maliyyə almayanlar həvəsdən düşür və işləmək istəmirlər. Ona görə də diaspor təşkilatları strategiyalarını dəyişməlidirlər.”


Şərhlər

Yaz...