“Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi müzakirə olunarkən diaspor təşkilatlarının iştirakı mütləqdir”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində vəkil Əvəz Temirxan deyib.
Vəkil bunun səbəbini belə izah edib:
“Bu ilk növbədə onlar haqqında qanundur. Yeni dövr, yeni yanaşma tərzi gəlir. Biz çalışmalıyıq ki, dövlət təkcə Azərbaycan Respublikasının ərazisində yaşayanları müdafiə etməməli, eyni zamanda ölkədən kənarda yaşayanları da müdafiə etməlidir. Bir onlayın dövlət qurmalıyıq. Soydaşlarımızın ölkədənkənar bütün problemləri ilə maraqlanıb, dəstək olmalıyıq”.
Əvəz Temirxan təklif edib ki, hətta onların parlamentdə təmsilçisi də olmalıdır:
“Buna qanunvericilik yol verir ki, iki dövlətin vətəndaşıdır və onlar üçün müəyyən güzəştlərə getmək olar”.
Jalə
Diaspora.TV