Tarix: 01.10.2024 / 12:22
Problem odur ki, cəmiyyətlər arasında fərq qoyulur –    Diaspor fəalı

Problem odur ki, cəmiyyətlər arasında fərq qoyulur – Diaspor fəalı

“Diasporada əsas problemimiz diaspor cəmiyyətləri arasında qoyulan ayrı - seçkilikdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Xan qızı Nətavan Dünya İctimai Qadinlar Birliyinin" üzvü, Leninqrad Milli-Mədəni Muxtariyyatının Tosna şəhər üzrə rəhbəri Rəna Salmanova deyib.

R.Salmonava bildirib ki, diaspor cəmiyyətlərini birləşdirmək üçün onlara eyni gözlə baxmaq lazımdır:

“Mən Sankt-Peterburqda yaşayıram. Bildiyim və tanıdığım 5-6 Azərbaycan cəmiyyəti var. Bizim çətinliyimiz yoxdur, amma yaşıl pasport daşıyan həmvətənlərimizin miqrasiya məsələləri ilə bağlı çox ciddi problemləri var, əziyyət çəkirlər”.

R.Salmanova əlavə edib ki, əsas fəaliyyətləri Azərbaycan xalqının milli-mədəni dəyərlərini keçirdikləri tədbirlər əsasında çoxmillətli Sankt-Peterburqda yaşayan xalqlara çatdırmaqdır.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...