“Azərbaycan Prezidenti iki dəfə burada (“Sea Breeze”-red.) olub. Ötən ilin mayında və bu ilin mayında. Məni təriflədi”.
Diaspora.TV xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, Moskvada yaşayan biznesmen Emin Ağalarov Dina Satjanın youtube layihəsində deyib.
E.Ağalarov bildirib ki, gördüyü işlərin nəticəsi olaraq, insanları doğma ölkəsinə dəvət etməkdən məmnunluq duyur:
"Bakı gözəl şəhərdir, gözəl mətbəxi var. İstirahət üçün qiymətlər Bakıda normaldır, nəyinki Dubayda...".