Azərbaycan Prezidenti İlham Əliyev Kazanda Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.
Diaspora.TV xəbər verir ki, bu barədə Fərmanı Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub:
“Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”.