Tarix: 10.05.2024 / 18:36
Prezident İlham Əliyev  Şuşaya səfər edib

Prezident İlham Əliyev Şuşaya səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər edib.

Diaspora.TV xəbər verir ki, dövlət başçısı ilk olaraq Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. Eləcə də ölkə rəhbəri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub və yolboyu inşa edilmiş birinci tunelin açılışını edib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Onlar həmçinin Şuşada Çöl Qala, Aşağı Gövhər Ağa məscidlərində, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin, Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər.
Onu qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında da iştirak ediblər və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub.

Dövlət başçısı səfəri çərçivəsində Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub. Həmçinin ölkə rəhbəri Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.


Şərhlər

Yaz...