“Sığınacaq hüququ artıq Polşa sərhədini qanunsuz keçmək üçün istifadə edilməyəcək”.
Diaspora.TV xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk deyib.
Tusk bildirib ki, Nazirlər Kabineti qeyri-qanuni miqrantlara sığınacaq verilməsini dayandıracaq yeni qanun layihəsini qəbul edəcək.
“Biz Polşa sərhədlərinə nəzarəti bərpa edirik! Bu gün hökumət viza və sığınacaq tələbləri ilə bağlı yeni qaydalar təqdim edəcək”, - deyə Baş nazir bildirib.
O, Polşa lideri Anjey Dudanın bu qanunu imzalayacağına ümid etdiyini bildirib.