Polşada radikal gənclər azərbaycanlıların yaşadığı evin qarşısında piket keçirərək yürüş ediblər.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.
"Ümid edirəm ki, sabah heç bir hücum və ya qarşıdurma olmayacaq. Uca Tanrı Polşada yaşayan bütün azərbaycanlıları qorusun. Ehtiyatlı olun. Əgər dəstəyə ehtiyacınız olsa, mütləq bizimlə əlaqə saxlayın" - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan və təsdiq olunmayan məlumatlara görə, son günlər iki azərbaycanlı gənc bu radikal qruplar tərəfindən öldürülüb.