Tarix: 28 Sentyabr 2024 16:15 | Baxış sayı: 379
Polşada iş axtaran soydaşlarımızın nəzərinə...    Təlim keçiriləcək

Polşada iş axtaran soydaşlarımızın nəzərinə... Təlim keçiriləcək

Varşava Azərbaycan Evinin təşkilatı dəstəyi ilə 50 nəfər üçün ödənişsiz 2 günlük İntensiv Karyera Təlimi keçiriləcək.

Bu barədə məlumatı Diaspora.TV-yə Polşa Azərbaycanlıları Şurasından veriblər.

Təlimdə maliyyə, mühasibat və müsahibəyə hazırlıq mərhələləri haqqında dərslər keçiriləcək.

Qeyd edək ki, təlim Varşava Azərbaycan Evində keçiriləcək. Yerlər məhdud olduğu üçün yalnız ilk qeydiyyatdan keçən 50 şəxs təlimdə iştirak edə biləcək.

Təlimçilər: Elçin Eyvazov – Karyera üzrə, Ramin Əzizov - Maliyyə üzrə.

Təlimin keçirilmə vaxtı:

05.10.2024- 12.00-15.00
06.10.2024- 12.00-15.00



Qeydiyyatdan keçdikdən sonra Whatsapp qrupuna qoşulub növbəti mərhələlər haqqında məlumat əldə edə bilərsiz.


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?