Tarix: 08.10.2024 / 22:07
Polşada "Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" adlı tədbir    keçirilib

Polşada "Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" adlı tədbir keçirilib

7 oktyabr 2024-cü il tarixində Polşanın paytaxtı Varşava şəhərində ATƏT - Varşava İnsan Ölçüsü Beynəlxalq Konfransının nəzdində "Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" adlı tədbir keçirilib.

Bu barədə məlumatı Diaspora.TV-yə Polşa Azərbaycanlıları Şurasından veriblər.

Tədbir erməni rəhbərliyi altında Demokratiyanın İnkişafı Fondu (Democracy Development Foundation) və Beynəlxalq Hüquq Müdafiəsi Tərəfdaşlığı (International Partnership for Human Rights) tərəfindən təşkil edilib.

Tədbirdə Dağlıq Qarabağda yaşayan ermənilərlə bağlı müharibə cinayətləri və insanlıq əleyhinə törədilmiş cinayət ittihamları irəli sürülüb və müəyyən təhrif olunmuş məlumatlar müzakirə olunub.

Tədbirdə Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətindən Şamo Qubadov və daha iki şura üzvü də çıxış edərək ermənilər tərəfindən səsləndirilən fikirlərin həqiqəti əks etdirmədiyini, təhrif olunmuş məlumatlar olduğunu, Azərbaycan tərəfinin Qarabağı tərk edən ermənilərə qarşı insani dəyərlər çərçivəsində davrandığını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Şərhlər

Yaz...