Tarix: 05 Oktyabr 2024 23:03 | Baxış sayı: 239
Polşada azərbaycanlı tələbələr üçün təlim   keçirilib

Polşada azərbaycanlı tələbələr üçün təlim keçirilib

5 Oktyabr Varşava Azərbaycan evində Maliyyə-mühasibat sahələri üzrə beynəlxalq sertifikatlı təlimçi Ramin Əzizov və 6 ildən artıq bu sahə üzrə iş təcrübəsi olan Elçin Eyvazov tərəfindən tələbələr üçün ödənişsiz təlim keçirilib.

Bu barədə məlumatı Diaspora.TV-yə Polşa Azərbaycanlıları Şurasından veriblər.

Təlimdə maliyyə, mühasibatlıq və işə qəbul prosesində müsahibəyə hazırlıq mərhələləri üzrə ən vacib biliklər tələbələrə çatdırıldı.

Qeyd edək ki, bu təlim iki hissədən ibarətdir. Təlimin növbəti hissəsi 6 Oktyabr saat 12:00-da Varşava Azərbaycan Evində baş tutacaq.

Təlimə qoşulmaq və digər təlimlərdən vaxtında xəbərdar olmaq üçün aşağıda yerləşdirilən link vasitəsilə whatsapp qrupuna qoşulmağı və bizi sosial şəbəkə hesabları üzərindən izləməyi unutmayın.

Whatsapp:




Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?