Tarix: 31.10.2024 / 14:30
Polşa polisləri afrikalı qaçqınları döyərək    Belarus sərhəddinə atıblar

Polşa polisləri afrikalı qaçqınları döyərək Belarus sərhəddinə atıblar

Afrikadan olan qaçqınlar Polşa hüquq-mühafizə orqanları tərəfindən şiddətli döyülməyə məruz qalıblar. Avropaya qaçaraq canlarını qurtarmağa ümid edən insanların özlərini döyüb Belarusa sürgün edirlər.

Diaspora.TV xəbər verir ki, bu barədə “İzvestiya”nın müxbiri İqor Baldin məlumat verib.

“Mənim başıma vurdular, çox əzab verdilər, sonra bura, Belarusa gətirdilər. Mən bura beləcə gəldim. Kürəyim və ürəyim ağrıyır, başım gicəllənir, aydındır ki, vəziyyətim pisdir. Polşadakı vəziyyətimlə müqayisədə burada daha çox köməyə ehtiyacım var. Xahiş edirəm kömək edin! - deyə zərər çəkmiş somaili qaçqınlardan biri Zəkəriyyə Əhməd bildirib.

Kişi həyatına təhlükə olduğundan vətənini tərk etmək qərarına gəlib. Polşaya gəldikdən sonra Zəkəriyyə Əhməd ailəsini xilas etmək və “dinclik tapmaq” niyyətində idi, lakin onun planları Polşa hüquq-mühafizə orqanları tərəfindən puça çıxıb.

Bundan əvvəl, oktyabrın 28-də Polşa prezidenti Anjey Duda ölkənin şərq sərhədində “dəmir pərdə” çəkmək niyyətində olduğunu bildirmişdi. Üstəlik, o qeyd etmişdi ki, bu tədbirlər Rusiyanın potensial təcavüzündən qorunmaq üçün lazımdır.

İyulun 17-də Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bəyan etmişdi ki, avqustun 1-dən ölkə Belarusla sərhədlərini qorumaq üçün yeni missiyaya başlayacaq. Onun sözlərinə görə, guya Polşaya qarşı hibrid müharibə aparılır.

May ayında Polşa dövlətinin sərhəd xəttində təxminən 200 m enində bufer zonası yaratmaq planları da məlum olub. Polşanın baş naziri bildirib ki, ölkə Rusiya və Belarusla sərhədlərdə təhlükəsizliyin təmin edilməsinə təxminən 2,5 milyard dollar sərmayə qoymağa hazırlaşır.

Şərhlər

Yaz...