Tarix: 30.08.2024 / 15:00
Polşa-Belarus sərhədində qeyri-qanuni   miqrantlar fəallaşıb

Polşa-Belarus sərhədində qeyri-qanuni miqrantlar fəallaşıb

Polşa ölkənin Belarusla sərhədində qeyri-qanuni miqrantların artdığını açıqlayıb.

Diaspora.TV
xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi müvafiq məlumat paylaşıb.

"Avqustun 28-də Belarusla sərhəddə Polşaya 130 qanunsuz giriş cəhdi qeydə alınıb ", - deyə sərhəd xidməti bildirib.

Aydın olur ki, sərhədçilər qeyri-qanuni mühacirlərə sərhədi qanunsuz keçməyə kömək edən kuryeri də saxlamağa nail olublar.

Departamentin məlumatına görə, son vaxtlar Belarus-Polşa sərhədini qanunsuz keçmək cəhdlərinin gündəlik sayı əhəmiyyətli dərəcədə azalıb. Ötən çərşənbə axşamı onların sayı 35, bazar ertəsi 60, avqustun 23-dən avqustun 25-dək isə 220 olub.



Şərhlər

Yaz...