Tarix: 13.11.2024 / 23:47
 Polşa Azərbaycanlıları Şurasının Media Departamenti    təsis edildi

Polşa Azərbaycanlıları Şurasının Media Departamenti təsis edildi

Polşa Azərbaycanlıları Şurasının (PAŞ) Media Departamenti təsis edilib. Departamentin yaradılmasında məqsəd, Azərbaycan icmasının Polşadakı fəaliyyətlərini, mədəniyyətini və dəyərlərini daha geniş kütlələrə tanıtmaq, həmçinin Azərbaycanla Polşa arasında əlaqələri gücləndirməkdir.

Bu barədə Diaspora.TV-yə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.

Media Departamentinin rəhbəri seçilən Fidan Həsənzadə Philip Morris International şirkətinin İnsan Resursları (HR) Departamentində mütəxəssis olaraq fəaliyyət göstərir. Eyni zamanda, İnstagram sosial şəbəkəsində geniş kütləyə xitab edərək xaricdə təhsil, karyera mövzuları üzərində gənclərə fayda verir. O, həmçinin Polşada yaratmış olduğu “Tələbə Qızlar İcması” qrupu ilə 200 nəfərdən çox xanımın birliyinə səbəb olaraq müxtəlif layihələr həyata keçirir.

Fidan Həsənzadə həmçinin Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun İşçi Qrupunun katibi olaraq da fəaliyyət göstərir.

Media Departamentin İdarə Heyətinə Mirsəid Mirzəzadə və Ərfan Möhsünov seçilib.

Mirsəid Mirzəzadə - “Instagram” sosial şəbəkəsində geniş izləyici kütləsinə sahib olan Trilogy News səhifəsi ilə kontentlər yaradır və eyni zamanda “Bakcell”, “Samsung”, “Pasha Malls” kimi şirkətlərlə korperativ əməkdaşlıqlar həyata keçirir.

Ərfan Möhsünov - Azərbaycanda və Polşada müxtəlif tanınmış brendlərin, dövlət tədbirlərinin videoçəkiliş proseslərini və sosial media platformalarının peşəkar idarəsini uğurla ərsəyə gətirir. Hazırda Polşanın Varşava şəhərində də bu fəaliyyətini icra edir.

Şərhlər

Yaz...