Tarix: 18.07.2024 / 20:32
Polşa Azərbaycanlıları Şurası  nüfuzlu hüquqşünasla əməkdaşlığa başlayır

Polşa Azərbaycanlıları Şurası nüfuzlu hüquqşünasla əməkdaşlığa başlayır

Polşa Azərbaycanlıları Şurası (PAŞ) Varşavanın nüfuzlu hüquqşünası Andriy Dementiy ilə əməkdaşlığa başlayır.

Diaspora.TV xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli verib.

F.Cəfərli bildirib ki, Andriy Dementiy ilə əldə edilən razılığa əsasən o, ayda 3-4 dəfə Varşava Azərbaycan Evində soydaşlarımıza mülki və kriminal məsələlər üzrə ödənişsiz məsləhətlər verəcək.

"Belə təcrübəli vəkillərin bu iş üçün tələb etdiyi məbləğ adətən 200-400 PLN arası dəyişir. Biz isə PAŞ olaraq Andriy Dementit ilə əldə etdiyimiz qarşılıqlı, uzun müddətli münasibət və dostluq bağlarının nəticəsi olaraq bu işi ödənişsiz təmin edəcəyik", - deyən F.Cəfərli əlavə edib ki, ilk məsləhət vaxtı gələn həftənin 4-5-ci günləri üçün planlaşdırılır.

Şərhlər

Yaz...