Xəbər verdiyimiz ki, Tbilisidə baş tutan aksiyada "Fəallar Gələcək Naminə" hərəkatının üzvü Elvin Kərimov saxlanılıb.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, vəkil Kamran Amcanoğlu təcridxanada Elvin Kərimovla görüşüb.
"Elvin söylədi ki, maskalı şəxs onu amansızca döyüb. Aksiyada saxlanılan şəxslərin milliyyətcə azərbaycanlı olduğuna görə, döyülməsi təəssüf ki, artıq adi hal alıb”, - deyə vəkil bildirib.
Qeyd edək ki, Elvin Kərimovun məhkəməsi bu gün baş tutacaq.