Tarix: 20.08.2024 / 12:33
Polisdən növbəti əməliyyat...  - 40 miqrant saxlanıldı

Polisdən növbəti əməliyyat... - 40 miqrant saxlanıldı

Hüquq-mühafizə orqanları Nijni Novqorodun Sovetski rayonunda keçirilən xüsusi əməliyyat zamanı Qujevaya küçəsindəki yaşayış massivində 40 əcnəbi vətəndaşı saxlayıb və polis şöbəsinə aparıblar.

Diaspora.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə idarəsi məlumat yayıb.

Saxlanılanlar arasında 16 uşaq da olub, onlardan 8-i yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzinə yerləşdirilib.

Saxlanılan miqrantların sənədləri yoxlanılıb və Rusiya Federasiyasına giriş qaydaları və ya ölkədə olma rejiminin pozulmasına görə 22 inzibati protokol tərtib edilib. Məhkəmə onlara 2 min rubldan 4 min rubla qədər cərimə kəsib, dörd əcnəbi Rusiya Federasiyasından çıxarılacaq.





Şərhlər

Yaz...