Tarix: 17.08.2024 / 11:45
 Polisə tabe olmayan azərbaycanlıya cinayət iş açılıb  - VİDEO

Polisə tabe olmayan azərbaycanlıya cinayət iş açılıb - VİDEO

Nijni Novqorod polisi Novaya Kuzneçixa yaşayış kompleksində avtomobilini dayanmış avtomobillərə çırpan Azərbaycan vətəndaşına qarşı cinayət işi açıb . O, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə avqustun 15-nə keçən gecə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları sürücünü polis bölməsinə aparmaq istəsələr də, o, aqressiya nümayiş etdirərək onları yumruqları ilə hədələyib və geyim formasından tutub. Nəticədə azərbaycanlı saxlanılıb və avtomobili duracağa yerləşdirilib.

Hadisə ilə bağlı əvvəlcə iki inzibati protokol tərtib edilsə də, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci “Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə” maddəsi ilə iş açılıb .



Şərhlər

Yaz...