"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri həm İranın yeni gücünü, perspektivlərini, imkanlarını təqdim etmək, həm də Azərbaycanla ictimai-siyasi əlaqələrini gücləndirmək istiqamətində maraqlı olacaq".
Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, bu səfərdən sonra iki ölkə arasındakı əlaqələr iki istiqamətdə inkişaf edə bilər.