Tanınmış vəkil və fəaliyyətinə qadağa qoyulan universitet müəllimi Möhsün Borhani həbs edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə onun qardaşı Əhməd Borhani məlumat verib.
Onun dediyinə görə, Möhsün Borhani "sosial mediada paylaşım edərək din xadimlərini təhqir etmək və hakimiyyətə qarşı təbliğat"da günahlandırılıb.
Qeyd edək ki, o, Məsud Pezeşkianı dəstəkləyib və vətəndaşları seçkidə iştirak edərək mühafizəkar Səid Cəlilinin prezidentliyinə mane olmağa çağırıb./GünazTV