Tarix: 22.07.2024 / 12:05
Pezeşkianı dəstəkləyən məmurlar   işdən qovuldu

Pezeşkianı dəstəkləyən məmurlar işdən qovuldu

Qərbi Azərbaycan əyalətinin Yollar və Şəhərsalma Baş İdarəsinin sədri Rəsul Ətayi rəhbərlik etdiyi qurumun 3 məsul şəxsini işdən qovub.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər prezident seçkisi öncəsi Məsud Pezşkianı dəstəkləyib və onun seçki qərargahına yaxın olublar.

Rəsul Ətayi prezident seçkisi zamanı Məsud Pezeşkianın rəqibi mühafizəkar siyasi cərəyanın namizədi Səid Cəlilini himayə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Məsud Pezeşkian 14-cü hökumətin tərkibinin elan edilməsinə qədər idarələrdə heç bir kadr dəyişikliyinin aparılmaması barədə məktub yazıb./GünazTV


Şərhlər

Yaz...