Tarix: 29.07.2024 / 12:20
Pezeşkian islahatçı anti-türk ünsürləri vəzifələrə   təyin etməyə başlayıb

Pezeşkian islahatçı anti-türk ünsürləri vəzifələrə təyin etməyə başlayıb

Əsasən Azərbaycan türklərinin səsi ilə prezident seçilən Pezeşkian islahatçı anti-türk ünsürləri vəzifələrə təyin etməyə başlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.


Məsud Pezeşkian 73 yaşlı islahatçı siyasətçi Məhəmmədrza Arifin ölkənin birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məhəmmədrza Arif əvvəllər Məhəmməd Xatəminin 1997-2005-ci illərdə prezidentliyi dövründə birinci vitse-prezident vəzifəsində çalışıb.

O, habelə Tehran şəhərindən İran parlamentində millət vəkili və bu günə qədər Mədəni İnqilab üzrə Ali Şuranın və ölkənin Məsləhət Şurasının üzvü olub.

Pezeşkian Ruhani dövründə təhsil naziri işləmiş Möhsün Hacımirzaini Prezident Aparatının rəisi təyin edib. Bu da islahatçı qanaddandır.

Şərhlər

Yaz...