Tarix: 30.10.2024 / 15:15
Pezeşkian Bakıda keçiriləcək konfransa getməsin -    İranlı millət vəkili

Pezeşkian Bakıda keçiriləcək konfransa getməsin - İranlı millət vəkili

"Azərbaycanın İsraillə yaxın əlaqələri var".

Diaspora.TV xəbər verir ki, İran parlamentinin üzvü Süməyyə Rəfii “Khabarfoori” saytına müsahibəsində iddia edib ki, İsrail BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) pərdə arxasında rolunu oynayır və bu, Azərbaycan və İsrail arasında sıx əlaqələrə görədir.

“COP29 üzdə ekoloji konvensiya olsa da, onun daxilində iqtisadi və tamamilə məhdudlaşdırıcı qərarlar qəbul edilir. Hazırda İran prezidenti Məsud Pezeşkianın bu konfransda iştirakı məqsədəuyğun deyil və yaxşı olar ki, toplantıya birinci vitse-prezidentin başçılıq etdiyi nümayəndə heyəti qatılsın”, - deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, İrandan iştirak edən rəsmilər ətraf mühit məsələsini də əhatə edən bütün sanksiyaların, xüsusilə iqtisadi sanksiyaların ləğvində israr etməlidirlər.

Şərhlər

Yaz...