Tarix: 11.10.2024 / 12:23
“Rusiyada kifayət qədər böyük gürcü diasporu var”    - Peskov

“Rusiyada kifayət qədər böyük gürcü diasporu var” - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin bütün Gürcüstan vətəndaşları üçün vizasız rejim qərarı ölkələr arasında humanitar əlaqələrə dəstəklə bağlıdır. Onun sözlərinə görə, Rusiyada kifayət qədər böyük gürcü diasporu var və Gürcüstana da rus turistlər gedirlər.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Peskov jurnalistlərlə söhbətində deyib:

“Dövlətlərarası münasibətlər bir şeydir, amma humanitar münasibətlər, söhbət iki ölkə xalqları arasında dialoqdan gedirsə, başqa”.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında bu dialoq kəsilməyib.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə Rusiyadan 1,11 milyon turist səfər edib. Doqquz ayın yekunlarına görə, ölkəyə gələn turistlərin sayına görə birinci yerdə ruslar, ikinci yerdə Türkiyə vətəndaşları (1,06 milyon), üçüncü yerdə isə Ermənistan vətəndaşları (732,2 min) qərarlaşıb.

Qeyd edək ki, oktyabrın 10-da Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimin genişləndirilməsi haqqında Fərman imzalayıb. Buna əsasən, Gürcüstan vətəndaşları Rusiyada 90 gündən artıq vizasız qala və işləyə biləcəklər.

Şərhlər

Yaz...