Tarix: 26.08.2024 / 20:00
Pavelin Bakıda görüşdüyü sonuncu şəxs azərbaycanlı bloger olub  - VİDEO

Pavelin Bakıda görüşdüyü sonuncu şəxs azərbaycanlı bloger olub - VİDEO

Fransada saxlanılan “telegram”ın həmtəsisçisi Pavel Durovun Bakı səfəri zamanı bloqer Hüseyn Həsənovla görüşdüyünü əks etdirən görüntülər ortaya çıxıb.

Diaspora.TV xəbər verir ki, bu barədə “SHOT” "telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Pavel Durovun həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxs Hüseyn Həsənov olub. O, Azərbaycanda bloger və 24 yaşlı yayımçı Yuliya Vavilova ilə Xəzər dənizinin sahilində yerləşən Bakının məşhur restoranından birində səhər yeməyi yeyib.

Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar.

Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" Hava Limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.


Şərhlər

Yaz...