Tarix: 25.07.2024 / 17:10
Pasport və oturumu olmayan vətəndaşlarımızın problemləri...   - Birlik rəhbəri

Pasport və oturumu olmayan vətəndaşlarımızın problemləri... - Birlik rəhbəri

“Nərminə Mustafayeva gəldikdən sonra İstanbuldakı Azərbaycan konsulluğu sürətli şəkildə işləməyə başlayıb”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin rəhbəri Anar Can Kıtay bildirib.

Anar Can Kıtay qeyd edib ki, pasport və oturumu olmayan vətəndaşlarımızın problemləri “ASAN” Xidmət, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və İstanbulda yerləşən QHT rəhbərləri tərəfindən diqqətdə saxlanılır.

Birlik rəhbəri təəsüflə bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi olmasına baxmayaraq İstanbuldakı QHT-lər, Diasporla İş üzrə Dövlət Komitəsi və konsulluq məsələnin üzərinə ciddi düşmədi:

“21 milyonluq İstanbul şəhərindən Ankaraya, dövlətimizin qurucusunun məzarına bir ziyarət təşkil edə bilərdilər. Təəssüf ki, olmadı, keçirilən tədbirlər də yüksək səviyyədə deyildi”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...