Tarix: 12.10.2024 / 13:06
Paşinyan:   FTX-yə Zəngəzur yoluna nəzarət  verilə bilər

Paşinyan: FTX-yə Zəngəzur yoluna nəzarət verilə bilər

Ermənistan Baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib ki, Rusiya FTX nümayəndələrinə yalnız Zəngəzurda yola nəzarət funksiyası verilə bilər.

Diaspora.TV xəbər verir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib - “Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir” cümləsinə diqqət yetirib:

“Bu yaxınlarda müəyyən dairədə bu məsələ səsləndi və mən soruşdum ki, bu nə deməkdir, kim izah edə bilər ki, nə başa düşülür. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini müşahidə etmək üçün hansısa monitorinq funksiyası verilə bilər”.

O iddia edib ki, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur.


Şərhlər

Yaz...