Tarix: 03.06.2024 / 15:17
Paşinyan diasporla iş üzrə yeni  səlahiyyətli nümayəndələr təyin edib

Paşinyan diasporla iş üzrə yeni səlahiyyətli nümayəndələr təyin edib

Ermənistanın baş naziri Nikol Paşinyan dörd vətəndaşı könüllülük əsasında müşavir statusu ilə xarici ölkələrdə diaspora məsələləri üzrə müvəkkil təyin edib.

Diaspora.TV Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu şəxslər Vaaqn Movsesyan, Robert Ter-Arsenyan, Qarabed Akopyan və Hasmik Torosyandıdr.

Qeyd edək ki, bi neçə gün əvvəl Kaliforniyada (ABŞ) səfərdə olan Ermənistan prezidenti də erməni diasporuna hər zaman ehtiyac olduğunu bildirmişdi.

Şərhlər

Yaz...