Tarix: 10.12.2024 / 11:00
Bakının hədəfi Qərbi Azərbaycandır    - Baqratyan

Bakının hədəfi Qərbi Azərbaycandır - Baqratyan

"Dünən İranın xarici işlər naziri hər şeyi bildiklərini açıqladı və İranın Ermənistandakı səfiri onları tələsdirdi ki, Ermənistana hücum olarsa, köməyə gələcəklər".

Diaspora.TV xəbər veri ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib.

"Paşinyan getməsə belə, köməyə gəlməyəcəklər. Söhbət Zəngəzur dəhlizindən gedir, inanıram ki, bu, Paşinyanın ideyasıdır. Yəni Paşinyan buranı türk-azərbaycanlı qardaşlarımızla bölüşmək qərarına gəlib. O, azərbaycanlıların burada yaşaması üçün danışıqlar aparır, ermənilərin getməsindən söhbət gedə bilməz, ona görə də Ermənistan hakimiyyətinin yerinə türk vassallarını görürük. İran varsa hansısa təhlükəni zərərsizləşdirə bilərdik, amma, indiki hökumət qalsa, İranın müdaxiləsinə imkan verməyəcək”,- deyə Baqratyan bildirib.

Baqratyan qeyd edib ki, azərbaycanlılar yalnız Zəngəzurla kifayətlənməyəcək, Bakının hədəfi Qərbi Azərbaycandır:

"Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışacaq nümayəndələr seçməli və onlardan neçəsinin kəndə, şəhərə gələcəyinə qərar verilməlidir”.


Şərhlər

Yaz...