Tarix: 18.11.2024 / 22:54
Britaniya və İsrail şirkətləri Xəzəri çirkləndiriblər?    - İran deputatdan sərsəm iddia

Britaniya və İsrail şirkətləri Xəzəri çirkləndiriblər? - İran deputatdan sərsəm iddia

"Azərbaycanda fəaliyyət göstərən Britaniya və İsrail şirkətləri Tehran-Bakı razılaşmalarına və Tehran Konvensiyasının müddəalarına zidd olaraq Xəzər dənizində ekologiyanı geniş miqyasda çirkləndiriblər".

Diaspora.TV xəbər verir ki, belə bir iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maleki çıxış edib.

COP29 Konfransının Bakıda keçirilməsinə qərəzli münasibət bildirən anti-Azərbaycan mövqeli millət vəkili deyib ki, İran prezidenti Məsud Pezeşkian sammitdə iştirak etməli idi, ancaq İsrail rəsmilərinin konfransa qatılması səbəbindən Pezeşkian Bakıya səfərdən imtina edib.

Digər tərəfdən o, özünün də Parlamentlərarası İttifaqın baş katibi kimi COP29 Konfransa qatılmadığını vurğulayıb.

“Ən əsası isə İsraili enerji ilə təmin etmək məqsədi ilə Azərbaycanda ingilis-sionist şirkətlərin fəaliyyət göstərməsidir ki, bu da mehriban qonşuluq siyasətinə və Tehran Konvensiyasına ziddir. Biz İran Xarici İşlər Nazirliyi, Ekologiya Təşkilatı və Energetika Nazirliyinin bu məsələyə həssas yanaşmasını və Azərbaycan tərəfindən ekologiyanın pozulması ilə bağlı parlamentə geniş hesabat təqdim etməsini gözləyirik”, - deyə, Maleki iddia edib./“Mehr News”


Şərhlər

Yaz...