Tarix: 07.06.2024 / 09:00
Parlamentdə Diaspor Komitəsi yaratmaq olar   - Naqif Həmzəyev

Parlamentdə Diaspor Komitəsi yaratmaq olar - Naqif Həmzəyev

“Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi və bu fəaliyyətə dəstək vermək məqsədi ilə parlamentdə Diaspor Komitəsi yaratmaq olar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bunun üçün xüsusi qərarların verilməsinin vacibliyini vurğulayıb:

“Onsuz da parlamentin deputatları məhz xaricdə yaşayan azərbaycanlılarla bağlı fəaliyyətə və Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasına yaxından töhfə verirlər. Deputatların böyük əksəriyyəti bir çox beynəlxalq təşkilatlarda təmsil olunurlar. Eyni zamanda üzvü olduqları işçi, dostluq qruplarının tərkibində həmin ölkələrə səfərlərdə olurlar, orada yaşayan azərbaycanlılarla görüşürlər. Bundan əlavə xarici ölkələrdə keçirilən görüşlərdə iştirak edirlər. Bir sözlə, deputatlarımız onsuz da bu fəaliyyətlə məşğuldurlar”.

N.Həmzəyev belə bir komitənin yaradılmasının diaspor fəaliyyətini daha da gücləndirməsinə zəmin yaradacağını düşünür:

“İstəlinən halda 7-ci çağırışda bu məsələyə parlament rəhbərliyi müvafiq biləcəyi təqdirdə qayıda və gündəmə çıxara bilər. Onsuz da deputatlar bu fəaliyyətə bacardıqları qədər dəstək verirlər. Xüsuilə də parlament diplomatiyası son dövrlərdə daha da güclənib. Parlament sədri, müavinləri, eyni zamanda deputatlar rəhbərlik tərəfindən müəyyən edilmiş beynəlxalq təşkilatların tədbirlərində Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışırlar. Cənab Prezidentin müəyyənləşdirdiyi Azərbaycanın xarici siyasətinə zərrə qədər də olsa dəstək olmaq hər birimizin borcudur. Və bu sahədə səylərimizi daha da artırmağa çalışacağıq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...