Tarix: 28.08.2024 / 17:00
Seçkilərin bütün torpaqlarımızda keçirilməsi qürurvericidir  - Diaspor fəalı

Seçkilərin bütün torpaqlarımızda keçirilməsi qürurvericidir - Diaspor fəalı

“Yenilənən dünya düzəni dövlətlərin çevik qərarlar qəbul etməsi üçün innovativ dəyişikliklər tələb edir. Sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri də bu baxımdan ölkəmiz üçün mühüm tədbirdir. Dövlətin gələcək inkişafını müəyyənləşdirən qanunlar sanballı, milli dünyagörüşlü deputatların cəm olduğu parlamentdə qəbul olunur”.

Diaspora.TV xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Milli Fikir və İnkişaf İctimai Birliyinin Norveç üzrə koordinatoru, Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Babək Azəroğlu bildirib.

O qeyd edib ki, parlament seçkiləri dövlətimizin demokratik siyasətinə yeni rəng qatacaq:

“Seçkilərin şəffaf keçiriləcəyinə inanıram. Çünki hazırlıq işlərini, dövlətin yaratdığı şəraiti müşahidə edirik və yüksək qiymətləndiririk”.

B. Azəroğlu əlavə edib ki, 30 ildən artıq bir dövrdə pozulan sərhədlərimizin yenidən bütövləşməsini isbatlayan və bunu siyasi prosesdə real örnəyini sübut edən faktorlardan biri də 1 sentyabr parlament seçkiləridir: “Bu prosesin ilk dəfədir ki, bütün torpaqlarımızda keçirilməsi bizi həddən artıq məmnun edir və qürurlandırır”.


Şərhlər

Yaz...